kamanın götürüb gedən ay ovçu
amandır ala göz ceyrana dəymə
yaltaqla yalvaran tülkünü öldür
ğeyretlə qışqıran aslana dəymə
hönkürür vətənim, ağlayır yaman
köksündə yara var başında duman
tutaydım gülləni diyərdim dayan
bat sinəmə AZƏRBAYCANa dəymə...

bu şer Güney Azərbaycanın tanınmış şairi Atila kişizadə dən di. bu şair indilikdə Tehranda yaşayır, əslində isə Xiyov( Meşkin)lıdı
son aylarda Atıla bəyin BALTALARDAN LEYLƏKLƏRƏ kitabi YAŞMAQçıların tərəfindən yayınlanıbdı
Aprel 20, 2008 13:12